Kəlbəcər və Laçındakı yanğının söndürülməsi üçün helikopterlər cəlb olundu
Noyabrın 28-də Kəlbəcər rayonunun dağlıq hissəsində başlayan, sonra isə Laçın rayonu ərazisinə keçən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.
Zeferinfo.az-ın məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb ediliblər.