Zeferinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
"Keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə istintaq hərəkətləri başa çatıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 159-cu maddəsinin 4-cü hissəsi (dələduzluq və xüsusilə böyük miqyasda dələduzluğa cəhd) ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilir", - KİV yazıb.
İstintaqın məlumatına görə, 2024-cü ilin yanvarında Paşayev dostu Aleksey Blinovskidən 47 milyon rubldan çox pul qarşılığında onu və Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edəcəyinə inandırıb. Bundan əlavə, 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrına qədər keçmiş vəkil eyni üsulla 15 milyon rubldan çox pul oğurlamağa cəhd etsə də, hüquq-mühafizə orqanları bu cəhdin qarşısını alıb.