Kəbirə Məmmədova kütləvi narazılıq yaratdı: "Belə davam etsə, bazar ayağa qalxacaq"

Kebire Memmedova kutlevi naraziliq yaratdi: "Bele davam etse, bazar ayaga qalxacaq"
“Binə” Ticarət Mərkəzində sahibkarlar narazılıq edirlər.

Sitat.info sosial şəbəkələrdə yayılmış xəbərlərə istinadən bildirir ki, narazılıq bazarın sahibəsi Kəbirə Məmmədovanın yeni qaydalar tətbiq etməsidir.

Belə ki, sahibkarlar onların dükanlarında elektrik sayğacı ola-ola artıq pul yazıldığını və bu barədə göstərişin Kəbirə Məmmədova tərəfindən verildiyini bildiriblər. “Əgər sayğacda 70 manat borc yazılıbsa, həmin dükan sahibi əlavə 80 manat da verməlidir. Böyük dükanlarda isə bu məbləğ bir qədər də çox olur. Məsələn, əgər sayğacda 300 manat yazılıbsa, həmin sahibkar əlavə 300 manat da verməlidir”.

Buna etiraz edənlərin isə cəzalandırılması barədə xəbərdarlıq edilib. Baş verənləri çəkib paylaşan və ya mediaya ötürən sahibkarlara xəbərdarlıq edilib ki, bu addımı atarlarsa, dükanları qapadılacaq və 600 manat cərimə olunacaqlar.

Kəbirə Məmmədovanın bu addımı atmasının konkret səbəbi bilinmir.

Sitat.info-ya bu haqda yeni məlumatlar da daxil olub. Bildirilir ki, son iki aydır  "Binə" Ticarət Mərkəzində vəziyyət ürəkaçan deyil, durğunluq yaşanır. Vəziyyət o həddə çatıb ki, bəzi sahibkarlar icarə haqqını ödəməkdə çətinlik çəkirlər.

Belə bir məqamda ticarət mərkəzi rəbərliyi güzəştə getmək əvəzinə, onlardan elektrikə görə ikiqat ödəniş istəyir. Adının çəkilməsini istəməyən sahibkar bildirdi ki, kvadratmetri kiçik olan yer üçün əvvəllər 10 azn ödəyirmiş, bu dəfə ondan 100 AZN tələb olunub.

Şikayətçi sahibkarların sözlərinə görə, rəhbərliyin bu davranışı satıcılarda kütləvi narazılıq yaradıb. Belə davam edəcəyi təqdirdə toplaşaraq, etirazlarını bildirəcəklər. İcarə haqlarına gəlincə, aylıq 800 AZN-dən 2000 AZN-ə qədər dəyişir.

Satıcılar bugünki gün icarə haqlarını baha hesab edirlər: "5-6 aydır ki, alver ölüb. Dəhşət dərəcədə durğunluqdur. Yanvar ayına kimi 30-a yaxın sahibkar bazardan çıxacaq. Belə vaxtda bizi belə sıxışdırmaları doğru deyil. Aidiyyatı qurumlara səslənirik ki, ölçü götürülsün. Belə davam etsə, bazar ayağa qalxacaq".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

AYTAC: Sitat.info