Jurnalistlərin Füzuliyə mediaturu başlayıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yerli media nümayəndələrinin iştirakı ilə Füzuliyə mediatur təşkil edib.
Zeferinfo.az xəbər verir ki, mediatur çərçivəsində Füzuli rayonunda bu il mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Köndələnçay su anbarları kompleksi ilə, eləcə də Füzuli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrası ilə tanışlıq olacaq.