İyunda əcnəbilərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlər kəskin artıb

Iyunda ecnebilerin Azerbaycanda oldugu yer uzre qeydiyyata alinmasi ile bagli muracietler keskin artib

2025-ci ilin iyun ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 41 328 müraciət daxil olub.

Zeferinfo.az-ın DMX-nin rəsmi saytından əldə etdiyi məlumata görə, 2024-cü iyun ayında bu göstərici 45 639-a bərabər olub.

2025-ci ilin yanvar-iyun aylarında DMX-yə eyni məzmunlu 150 548 müraciət daxil olub. 2024-cü ilin eyni dövründə bu göstərici 164 503-ə bərabər olub.

2025-ci ilin birinci rübündə (56 831) 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciət sayı azalıb (63 833).

2024-cü ildə isə ümumilikdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 378 307 müraciəti qeydə alınıb.

2024 və 2025-ci illərin ilk altı ayında isə statistik göstəricilər aşağıdakı kimi olub:

  Yanvar Fevral Mart Aprel May İyun
2024-cü il 22280 19155 22398 23847 31184 45639
2025-ci il 21102 17068 18661 24067 28322 41328
Məqalədə: