İTSDA sərbəst vəsaitinin 5%-dən çoxunu depozitə qoya bilməyəcək

ITSDA serbest vesaitinin 5%-den coxunu depozite qoya bilmeyecek

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) investisiya əməliyyatlarının aparılması Qaydasında dəyişiklik edilib.

Zeferinfo.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, depozit şəklində qoyulmuş investisiya Agentliyin investisiya edilmiş sərbəst maliyyə vəsaitinin ümumi həcminin 5 faizindən artıq olmamalıdır.

İndiyə qədər bu tələb 50 faiz idi.