Zeferinfo.az xəbər verir ki, şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimində onun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhid Sahil İbrahimovun nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Sahil İbrahimov 1970-ci il iyulun 23-də Ermənistanın Amasiya rayonu, Çivinli kəndində anadan olub. O, Ağdərə rayonunun Mehmanə kəndi ərazisində itkin düşmüş sayılırdı.