İtaliyalı deputatlar Xankəndidə - FOTOLAR

Italiyali deputatlar Xankendide - FOTOLAR

Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri, mayın 1-də Xankəndinə səfər ediblər. Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi qarşılayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Zeferinfo.az-a verilən xəbərə görə, səfər şərçivəsində parlamentarilər “Zəfər” meydanında olub, burda görülən işlərlə tanış olublar. Onlar Xankəndidə “Qarabağ” Unversitetini də ziyarət ediblər.

Qeyd edək ki, qonaqları Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.