İstanbulun Bəyoğlu bələdiyyəsində əməliyyat keçirilib, sədr və 40-dan çox şəxs saxlanılıb

Istanbulun Beyoglu belediyyesinde emeliyyat kecirilib, sedr ve 40-dan cox sexs saxlanilib
İstanbulun Bəyoğlu bələdiyyəsində korrupsiyaya qarşı keçirilən əməliyyatlar çərçivəsində 40 nəfərdən çox bələdiyyə işçisi saxlanılıb.

Zeferinfo.az TRT "Haber"ə istinadən xəbər verir ki, saxlanılanlar arasında bələdiyyə sədri İnan Güney də var.

Beləliklə, martın 19-dan bəri İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı keçirilən 8 əməliyyat nəticəsində saxlanılanların sayı 316 nəfərə yüksəlib.