İstanbulda üçtərəfli görüş başladı

Istanbulda ucterefli gorus basladi

Türkiyə, Amerika və Ukrayna nümayəndə heyətləri Türkiyənin XİN rəhbəri Hakan Fidanın rəhbərliyi ilə İstanbuldakı Dolmabaxça sarayında bir araya gəliblər.

Zeferinfo.az  xəbər verir ki, bu barədə Ukrayna və Türkiyə tərəfləri məlumat yayıb. 

ABŞ nümayəndə heyətinə ölkənin xarici işlər naziri Marko Rubio, ABŞ-nin Ankaradakı səfiri Tom Barak və ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq daxildir.

Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sibiha və müdafiə naziri Rustem Umerov daxildir.

Eyni məkanda keçiriləcək Türkiyə-Rusiya-Ukrayna Üçtərəfli Görüşünün Bakı vaxtı ilə saat 13.30-da başlaması planlaşdırılır.

Back To Top