İstanbulda əlverişsiz hava şəraiti uçuşlara mane yaradıb
Türkiyənin İstanbul şəhərində güclü külək və yağışlı hava şəraiti hava nəqliyyatında çətinliklər yaradıb.
Zeferinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Hava Limanına eniş etmək istəyən bir sıra təyyarələr uçuş-enmə zolağını yan keçmək məcburiyyətində qalıb.
Məlumata əsasən, səhər saatlarında güclənən leysan yağışları və güclü külək səbəbindən bəzi təyyarələr bir müddət havada dövrə vurmalı olub, digərləri isə alternativ hava limanlarına yönləndirilib.
Sabiha Gökçen Hava Limanında da güclü külək və leysan səbəbindən uçuşlarda gecikmələr yaşanır. Uzun müddət havada dövrə vurmaq məcburiyyətində qalan bəzi təyyarələr digər hava limanlarına istiqamətləndirilib.
"Pegasus" Hava Yollarına məxsus PC2183 nömrəli İzmir-Sabiha /Gökçen reysini həyata keçirən təyyarə uzun müddət İstanbul üzərində gözlədikdən sonra eniş edə bilməyərək İzmirə geri qayıdıb.
Bundan əlavə, "Pegasus" Hava Yollarının Trabzon-Sabiha Gökçen reysi və “Ajet”in Riyad-Sabiha Gökçen reysi eniş üçün Ankara Esenboğa Hava Limanına yönəldilib”, - məlumatda bildirilib.