Zeferinfo.az xəbər verir ki, bu fikirləri bu gün Bakı Türk Anadolu liseyinin yeni binasının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.
“Bu bizim üçün bir ilk olacaq. Təcrübəmizdə ilk dəfə Azərbaycandan kənarda fəaliyyət göstərəcək Azərbaycan məktəbi modelini həyata keçirəcəyik. Eyni zamanda düşünürəm ki, bu məktəb İstanbulda işləyən və ya digər səbəblərlə yaşayan Azərbaycan vətəndaşları üçün də əhəmiyyətli fürsət yaradacaq. Bu baxımdan bu layihə Azərbaycan və Türkiyə təhsil sistemləri arasındakı dostluğu daha da möhkəmləndirəcək”, – deyə o əlavə edib.