İsrail və Livan arasında atəşkəs razılaşmasına İrandan REAKSİYA
"İran Livan və İsrail arasında atəşkəs razılaşmasını alqışlayır, lakin eyni zamanda Livan xalqına və ölkədəki müqavimət qüvvələrinə hər cür dəstəyi verməyə davam edəcək".
Zeferinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin departamentin "Telegram" kanalında yerləşdirilmiş bəyanatında deyilir.
İran Xarici İşlər Nazirliyinin qeyd edib ki, Qəzza zolağında münaqişəyə son qoyulması üçün İsrailə təzyiq göstərmək vəzifəsi olduğu kimi, regionda sülh və sabitliyin qorunmasının məsuliyyəti beynəlxalq ictimaiyyətin üzərinə düşür.
Livan və İsrail arasında atəşkəs razılaşması ABŞ-Fransa təşəbbüsünə uyğun olaraq yerli vaxtla saat 06:00-da qüvvəyə minib.
ABŞ Prezidenti Co Bayden bəyan edib ki, İsrail və Livanın şiə təşkilatı Hizbullah arasında razılaşmalar 60 gün ərzində Livan qüvvələrinin öz ərazisi üzərində nəzarəti bərpa etməsini nəzərdə tutur. Bundan sonra İsrail ordusu tədricən Livan ərazisindən geri çəkiləcək və hər iki tərəfdən mülki əhali tezliklə öz icmalarına təhlükəsiz qayıdacaq.