İsrail ordusu 3 Hizbullah komandirini zərərsizləşdirib
Livanın cənubunda son hava hücumları nəticəsində iki Hizbullah komandiri, o cümlədən Hizbullah qruplaşmasının Radvan Qüvvələrinin üzvü öldürülüb.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Əs-Sultaniyyəyə qırıcı təyyarələrin endirdiyi zərbə nəticəsində İsrail Müdafiə Qüvvələrinin Hizbullah qruplaşmasının Radvan tank əleyhinə raket bölməsinin komandiri kimi tanıdığı Riyad Reda Ghazzavini zərərsizləşdirib.
Bildirilib ki, o, İsrailə və Livanın cənubunda fəaliyyət göstərən qoşunlara qarşı çoxsaylı tank əleyhinə hücumların təşkilatçısı olub.