İşə düzəltmək adı ilə dələduzluqda ittiham edilən şəxsə hökm oxundu

Ise duzeltmek adi ile deleduzluqda ittiham edilen sexse hokm oxundu

Külli miqdarda dələduzluqda təqsirləndirilən Abbas Hətəmovun cinayət idi üzrə məhkəmə prosesi keçirilib.

Zeferinfo.az APA-ya istinadən məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə kecirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror Abbas Hətəmovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə Abbas Hətəmovun 5 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb.

Qeyd edək ki, ittihama görə, Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6700 manatlıq xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, 2023-ci ilin dekabr ayında Səxavət Məmmədovdan oğlunu 22 min manata Penitensiar Xidmətə işə düzəltmək adı ilə söz verib.

Həmçinin Abbas Hətəmovun digər dələduzluq əməllərinin olduğu da qeyd edilib.

O, 2020-ci ildə də dələduzluğa görə 3 il azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.