IsDB Qrupunun İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu təsdiqlənib

Prezident İlham Əliyev İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı ildə Azərbaycanda keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumunun təsdiq edilməsi qanunu imzalayıb.
Zeferinfo.az xatırladır ki, bununla bağlı sənəd bu il mayın 22-də Əlcəzairdə imzalanıb.
Sənəddə Azərbaycan hökumətini İqtisadiyyat Nazirliyi təmsil edib.