İş və xidmətləri ƏDV-dən azad edilən publik hüquqi şəxslərin siyahısı genişlənib

Is ve xidmetleri EDV-den azad edilen publik huquqi sexslerin siyahisi genislenib
Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib.

Zeferinfo.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi əlavə edilib.