İranda ölənlərin sayı 2677 nəfərə çatdı

Iranda olenlerin sayi 2677 nefere catdi

İranda 19 gündür davam edən ümumxlaq etirazlarında öldürülən 2677 nəfərin kimliyi müəyyənləşdirilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Öldürülənlərdən 163-ü hökumət məmuru, 16-sı azyaşlı və 20-si etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir.

Bununla yanaşı, 19097 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.

Qeyd olunub ki, internet kəsildiyinə görə, öldürülən və həbs olunanların sayı və kimliyinin müəyyənləşdirilməsində gecikmələr olur.