İranda internet və səfirliklərin konsulluq xidmətlərinin həll olunacağına ümid edilir – Bəqai
İranda internet məsələsi və səfirliklərin konsulluq xidmətlərinin həll olunacağına ümid edirlir.
Zeferinfo.az-ın məlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkədə internetin kəsilməsinə görə, konsulluq xidmətlərinin təqdim olunması problemlərlə üzləşib.
Bəqai bildirib ki, internetin kəsilməsinin səbəbi ölkədə təhlükəsizlik məsələləridir. Ölkənin əlaqədar təhlükəsizlik orqanları şəraitə uyğun olaraq qərarlar veriblər.
“Ümid edilir ki, vəziyyətin yaxşılaşması ilə bu məsələ tezliklə həll olunacaq. İnternetin kəsilməsinə görə, İran səfirliklərin xidmətlərinin problemlə üzləşdiyini anlayır və İrandakı bütün səfirliklər və diplomatik nümayəndəliklərlə təmasdadır. Problemin həlli üçün həll yollarının tapılması istiqamətində işlər aparılır”, - deyə o qeyd edib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
Əlavə edək ki, İranda etirazların kəskinləşməsi və ciddi hal alması ilə əlaqədar artıq 3 gündən çoxdur ki, böyük ölçüdə internet xidmətləri dayandırılıb.