İranda Azərbaycan vətəndaşlarının zərər çəkməsi ilə bağlı məlumat daxil olmayıb - RƏSMİ

Iranda Azerbaycan vetendaslarinin zerer cekmesi ile bagli melumat daxil olmayib - RESMI
İsrailin İrana hücumu nəticəsində zərər çəkmiş şəxslər arasında Azərbaycan vətəndaşlarının olması barədə qaynar xətlərə məlumat daxil olmayıb.

Bu barədə Zeferinfo.az-ın  sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, İsrail iyunun 13-ü gecə saatlarında İrana qarşı "Rising Lion" əməliyyatı keçirib. Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami və bir neçə nüvə alimi ölüb.