İran “iPhone” idxalına qoyulan qadağanı aradan qaldırdı 

Iran “iPhone” idxalina qoyulan qadagani aradan qaldirdi 

 İranda “iPhone” markalı telefonların idxalına qoyulan bütün məhdudiyyətlər aradan qaldırılıb.
Bununla bağlı, İranın informasiya və kommunikasiya texnologiyaları naziri Seyid Səttar Haşimi bildirib ki, birinci vitse-prezident Məhəmməd Rza Arifin göstərişi ilə “iPhone” mobil telefonlarının idxalının kommersiya gəliri 96% müəyyən edilib.
Onun sözlərinə görə, Nazirlər Kabinetindən mobil telefonlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün icazə alınıb tezliklə “iPhone”ların idxalı ilə bağlı təfərrüatlar və qaydalar açıqlanacaq.