İnvestisiya fondlarına dair qanunvericilik yenidən işlənəcək

Bu barədə Zeferinfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bundan əlavə, 2024-2026-cı illər üzrə “Maliyyə sektorunun inkişaf strategiyası” çərçivəsində kapital bazarları atılacaq növbəti addımlar sırasına Məlumatların açıqlanması standartlarına yenidən baxılması, Şəffaflıq və investorlara bərabər yanaşmanın təşviq edilməsi, Bazar iştirakçıları üçün yüksək keyfiyyətli və dolğun məlumatların mövcudluğunun təmin edilməsi və istiqraz və səhm ticarətinin təkrar bazarda təşviq edilməsi daxildir.
Qeyd edilib ki, ümumilikdə strategiya üzrə kapital bazarları ilə bağlı ötən il işlərin 69,4%-i icra edilib. Burada Kredit reytinqi agentlikləri haqqında Qanun layihəsinin hazırlanması və vençur kapital, kraudfandinq platformaları və oxşar vasitələrlə maliyyələşmə imkanlarının təmin edilməsi üçün qanunvericilik çərçivəsinin yaradılması gecikən fəaliyyət istiqamətləridir./apa