İnsanlar Qarabağa, öz yurdlarına qayıdır

Qarabağın azad olunmasından sonra qarşıda duran ən böyük vəzifələrdən biri məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı oldu. Bu proses təsadüfi və tələsik deyil, dövlət tərəfindən mərhələli, planlı və təhlükəsiz şəkildə həyata keçirilir.
İlk mərhələdə bölgədə minalardan təmizləmə işləri aparılır. Çünki işğal dövründə torpaqlarımızın böyük hissəsi mina və partlamamış hərbi sursatlarla çirkləndirilmişdi. Bu səbəbdən insanların təhlükəsizliyi birinci yerdə dayanır.
İkinci mərhələdə infrastruktur layihələri icra olunur. Azad edilmiş ərazilərdə yollar, su, qaz, elektrik xətləri, məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər sosial obyektlər inşa edilir. Bu, insanların rahat və davamlı yaşayışı üçün əsas şərtdir.
Nəhayət, son mərhələdə köçkünlər öz doğma torpaqlarına kütləvi şəkildə qayıdırlar. Artıq Füzuli, Zəngilan, Laçın,Xocalı Tərtər,Cəbrayıl,Ağdam və bu yaxınlarda Kəlbəcərə ilk ailələr evlərinə qayıdıb, yaxın illərdə isə on minlərlə insanın köçürülməsi planlaşdırılır.Bu proseslərin aparılmasında Müzəffər Ali Baş komandan Cənab İlham Əliyev özü yaxından iştirak edir və ailələlərə mənzillərinin açarını şəxsən özü təqdim edir!
CƏFƏROV SULEYMAN KƏRƏM OGLU: XÜSUSİ TEYINATLILARIN QAZILERI SEHID AILELERI VE VETERANLARI ICTIMAI BIRLIYININ ABSERON RAYON FILIALININ SEDR EHTIYATDA OLAN ZABIT 44 GUNLUK VETEN MUHARIBESININ İŞTIRAKCISI