İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub

Insan Alverine Qarsi Mubarize uzre Milli Koordinatorun illik melumati Milli Meclise daxil olub
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycanda 2024-cü ildə insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə daxil olub.

Zeferinfo.az xəbər verir ki, hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 13-nə təyin edilmiş birgə iclasında müzakirə olunacaq.

Xatırladaq ki, "İnsan alverinə qarşı mübarizə haqqında" Qanunun 7.5-ci maddəsinə uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edir.