İndiyədək 233 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib - Vüqar Süleymanov

44 günlük Vətən müharibəsindən bugünədək 409 nəfər mina qurbanlarımız var.
Zeferinfo.az xəbər verir ki, bu fikirləri ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib.
Sədr qeyd edib ki, onlardan 71-i həyatını itirib.
"İndiyədək 233 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib".
Qeyd edək ki, azad olunan ərazilərdə oktyabrın 6-dan 12-nə qədər 100 tank əleyhinə mina, 77 piyada əleyhinə mina, 1584 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 1497, 5 hektar ərazi minalardan təmizlənib.