Zeferinfo.az xəbər verir ki, hadisə saat 11 radələrində İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı "Opel" markalı və "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib, xəsarət alan şəxslərdən bir nəfəri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.