İlin ilk yarısında 90-dan çox ölkənin vətəndaşı Azərbaycanda işləmək üçün müraciət edib

Cari ilin 6 ayı ərzində Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətilə məşğul olmaq üçün iş icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 92 ölkə vətəndaşı müraciət edib.
Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq Dövlət Miqraqsiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin yanvar - iyun ayları ərzində DMX-nə işlə bağlı 5950 müraciət daxil olub:
"Müvafiq dövr ərzində ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alan əcnəbilər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir".