İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı "Qurban olum Azərbaycan" mahnısı ifa edildi
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında Prezident İlham Əliyevin Slovakiyaya səfəri ilə bağlı paylaşım edib.
Zeferinfo.az xəbər verir ki, paylaşımda deyilir:
"Slovakiyaya rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə Slovakiya Baş naziri Robert Fitso tərəfindən təşkil olunan qəbulda hərbi orkestr "Qurban olum, Azərbaycan" mahnısını Slovakiyanın ənənəvi musiqi aləti olan simbalda yüksək peşəkarlıqla ifa edib".