İlham Əliyevin tapşırığı ilə dövlət rəsmiləri Aktaudakı təyyarə qəzasını araşdırmağa gediblər

Ilham Eliyevin tapsirigi ile dovlet resmileri Aktaudaki teyyare qezasini arasdirmaga gedibler
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bir sıra dövlət rəsmiləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması səbəblərini araşdırmaq üçün Qazaxstana yola düşüblər.

Zeferinfo.az-ın məlumatına görə, hadisəni yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.