İlham Əliyev Xalq şairi Vahid Əzizi "Şərəf" ordeni ilə təltif edib

Ilham Eliyev Xalq sairi Vahid Ezizi "Seref" ordeni ile teltif edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vahid Əziz oğlu Cəfərovun (Vahid Əziz) “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Zeferinfo.az xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) “Şərəf” ordeni ilə təltif edilsin".