İlham Əliyev Qəbələ rayonunda səfərdə olub

Ilham Eliyev Qebele rayonunda seferde olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub.

Bu barədə prezidentin mətbuat xidmətindən məlumat yayılıb.

Dövlətimizin başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib.