İlham Əliyev Qazaxıstana səfərə gəlib

Ilham Eliyev Qazaxistana sefere gelib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gəlib.

Zeferinfo.az
xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşılayıblar.