Zeferinfo.az xəbər verir ki, panel müzakirəsində Avstraliyadakı Sunshine Coast Universitetinin (UniSC) Biznes və Yaradıcı Sənayelər Məktəbinin ictimaiyyətlə əlaqələr üzrə baş müəllimi, sosial media üzrə təlimçi və tədqiqatçı Karen Sazərlənd (Karen Sutherland), TikTok/ByteDance şirkətinin Rusiya, Şərqi Avropa, Mərkəzi Asiya və Monqolustan regionları üzrə ictimai siyasət və dövlət məsələləri şöbəsinin direktoru Sergey Sokolov, Google və YouTube üzrə ekspert, “BlitzMetrics” şirkətinin baş icraçı direktoru Dennis Yu, eləcə də LinkedIn şirkətinin EMEA (Avropa, Yaxın Şərq və Afrika) və LATAM (Latın Amerikası) regionları üzrə ictimai sektor, səhiyyə və qeyri-kommersiya satış sahələrinin rəhbəri Simas Klansi (Simas Clancy) iştirak ediblər.
Panel zamanı Karen Sazərlənd qeyd edib ki, bəzi jurnalistlər etik prinsiplərə riayət edərək məlumatların dəqiqliyini yoxlayır lakin bəziləri yalnız populyarlıq qazanmaq üçün dəqiqləşdirilməmiş xəbərləri yaymağa üstünlük verirlər.
Sergey Sokolov isə çıxışında bildirib ki, əgər kimsə sizə məlumat verirsə, bu o demək deyil ki, o, jurnalistdir: "İnsanlar bəzən fərqinə varmadan medianı deyil, sadəcə məlumat verəni etibarlı hesab edirlər".