İdman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları verəcək abituriyentlərin nəzərinə

2025/2026-cı tədris ili üçün bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri açıqlanıb.
Zeferinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı aşağıdakı şərtləri ödədikləri halda, qabiliyyət imtahanlarına buraxılırlar. Qabliyyət imtahanlarına qeydiyyat tarixləri yaxın vaxtlarda elan olunacaq.
Ali təhsil üzrə
Komissiya kodu |
İxtisasın adı |
Müsabiqə şərti |
61 |
Məşqçilik (idman növləri üzrə) |
70 bal |
62 |
Ümumi fiziki hazırlıq Kütləvi sağlamlaşdırıcı idman Adaptiv bədən tərbiyəsi |
80 bal |
63 |
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi |
80 bal |
Tam orta təhsil üzrə
Komissiya kodu |
İxtisasın adı |
Müsabiqə şərti |
6401 |
Fiziki tərbiyə müəllimliyi |
50 bal |
Ümumi orta təhsil üzrə
Komissiya kodu |
İxtisasın adı |
Müsabiqə şərti |
152 |
Fiziki tərbiyə müəllimliyi |
50 bal |
Qeyd edək ki, müsabiqə şərtləri və meyarlarla bağlı daha ətraflı məlumatı yaxın tarixlərdə çap olunacaq “Abituriyent” jurnalının İdman istiqaməti üzrə xüsusi buraxılışından əldə edə biləcəksiniz.