Bu barədə Zeferinfo.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, hər bir ağacın üzərinə xüsusi nömrələnmiş inventar lövhələri vurulur, onların üzərində ağacın kodu və onun elektron uçot vərəqinə keçid imkanı yaradan QR-kod yerləşdirilir:
"İnventarlaşdırma nəticəsində İçərişəhərin bütün yaşıllıqları "Şəhər yaşıllıqlarının reyestri" informasiya sisteminə daxil ediləcək. Proses tam zərərsiz üsulla aparılır və inventar lövhələri ətraf mühit təsirlərinə davamlı materialdan hazırlanır".
Məlumata əsasən, layihənin məqsədi İçərişəhərin yaşıllıqlarını qorumaq, ekoloji mühiti yaxşılaşdırmaq və gələcək nəsillərə yaşıl irs ötürməkdir.