Zeferinfo.az xəbər verir ki, bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.
O, fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlamış, 1994–2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb. 2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.
2021–2025-ci illərdə müxtəlif muzey layihələrinə rəhbərlik etmiş və ekspert qismində iştirak edib. Bu dövrdə onun bilavasitə iştirakı ilə bir çox konseptual təşəbbüslər və təşkilati işlər həyata keçirilib.
Azərbaycan mədəniyyətinin təbliği, muzey işinin təkmilləşdirilməsi sahəsindəki xidmətlərinə görə Azadə Hüseynova Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 yanvar tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.