İbtidai siniflərdə qızlar üstün olsa da, sonradan oğlanlar daha yüksək nəticə göstərir - Nazir

Ibtidai siniflerde qizlar ustun olsa da, sonradan oglanlar daha yuksek netice gosterir - Nazir
İbtidai sinfədək qızlar təhsildə daha üstün olur, həmin 4 illik müddətdən sonra isə oğlanlar daha yüksək nəticələr göstərir.

Zeferinfo.az xəbər verir ki, bu fikirləri bu gün Elm və Təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində çıxışı zamanı deyib.

E.Əmrullayev bildirib ki, qadınlar məhdudlaşdırılır. Bu da iqtisadiyyata, cəmiyyətin inkişafına mənfi təsir göstərir:

“Aparılan araşdırmalar göstərir ki, ali təhsil almış anaların həm oxu, həm də bilik bacarıqları daha yüksək olur və onların övladlarının da savadlı olma ehtimalı artır”.