I rübdə xaricdən Azərbaycana göndərilən pul vəsaitlərinin həcmi açıqlanıb

Bu ilin I rübündə pul baratları formasında ölkəyə daxil olan vəsaitlərin həcmi 229,5 milyon dollar olub.
Zeferinfo.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Bu ötən ilin eyni dövrünə nisbətən 28% azdır. Bu isə əsasən Rusiyadan daxil olan pul baratlarının azalması ilə bağlıdır.