Hulusi Akar: Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır

Hulusi Akar: Azerbaycan ve Turkiye mudafie sahesinde birge calismalidir

Azərbaycan və Türkiyənin ortaq ordusunun formalaşdırılması davamlı prosesdir.

Zeferinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri Hulusi Akar Milli Məclisdə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini dəstəkləyir:

"Onun dediyi kimi, artıq bir millət iki dövlət yox, bir millət üç dövlətik. Bundan əlavə, bir millət olmaqla yanaşı, həm də bir orduyuq. Hazırda tək ordu istiqamətində proses davam edir. Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdırlar. Bunun üçün birlikdə hərbi təlimlər şərtdir. Silahların, təchizatlar uyğunlaşdırılmalıdır. Proses uğurla davam edir".