Zeferinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı deyib.
Onun sözlərinə görə, abidələrin bir çoxu uçub-dağlır:
"Həmin abidələrin sarayından gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur".
Deputat qeyd edib ki, həmin abidələri hansısa iş adamlarına vermək olar ki, bərpa etsinlər və orada bir şey yaratsınlar:
"Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik. Abidələri pasportlaşdırdıq, hə, nə olsun?"
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın sözlərinə münasibət bildirib:
"Bizim Azərbaycan hökümətinə nə olub ki, həmin abidələri bərpa üçün iş adamlarına verək?!"