Hökumət parlamentə hesabat verməyə HAZIRLAŞIR

Nazirlər Kabineti gələn həftə 2024-cü ildə fəaliyyəti haqqında hesabat təqdim edəcək. Hesabatın qanunverici orqanının martın 14-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulub.
Hesabatda hökumətin ötən il gördüyü işlər, Nazirlər Kabenetinin fəaliyyəti yer alacaq.
Zeferinfo.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.
Xatırladaq ki, hökumətin parlamentə hesabat verməsi təcrübəsi konstitusion norma kimi müəyyən olunub. Belə bir hesabatlılıq hər iki qurum arasında konstruktiv və işgüzar əməkdaşlığa töhfə verir, hökumətin gördüyü işləri deputatlarla birlikdə təhlil etməyə və qarşıda dayanan vəzifələri bir daha dəqiqləşdirməyə şərait yaradır.
Hesabat təqdim edildikdən sonra səsə qoyulur və nəzərə alınır.