Zeferinfo.az xəbər verir ki, bu barədə "APA-Economics" məlumat əldə edib.
Belə ki, “AzInTelecom” MMC artan rəqəmsallaşma tələblərinə uyğun olaraq bu ildən etibarən iki yeni data mərkəzinin tikintisinə başlayıb. Abşeronda yerləşən data mərkəzin 2027-ci ildə, Hacıqabulda yerləşəcək daha mərkəzdə isə işlərin 2029-cu ildə yekunlaşdırılması planlaşdırılıb. Bu data mərkəzlərin fəaliyyətə başlamasından sonra "Hökumət buludu”nun bu mərkəzlərə köçürülməsi gözlənilir. Regionda ən böyük data mərkəzlərinə çevriləcək hər iki data mərkəz həmçinin, Milli Data Mərkəz olacaq.