Hindistanın müvəqqəti işlər vəkili Pakistan XİN-ə çağırılıb

Hindistanin muveqqeti isler vekili Pakistan XIN-e cagirilib
Hindistanın müvəqqəti işlər vəkili Pakistan ərazisindəki çoxsaylı obyektlərə zərbələrin endirilməsi ilə əlaqədar Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə “Reuters” Pakistan XİN-ə istinadən məlumat yayıb.

"Diplomata Pakistan ərazisində və Cammu və Kəşmirdə çoxsaylı obyektlərə Hindistan qoşunlarının zərbələri ilə əlaqədar qəti etiraz bildirilib. Hindistan tərəfindən bu dəhşətli təcavüz aktının Pakistanın suverenliyini açıq şəkildə pozduğu qeyd edilib.

Bu cür hərəkətlər BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına və dövlətlərarası münasibətlərin prinsiplərinə ziddir", - agentlik XİN-in bəyanatına istinadən bildirib.

Bəyanatda qeyd olunub ki, Hindistanın hərəkətləri regional sülh və sabitliyə ciddi təhlükə yaradır. Pakistan Hindistan tərəfinin öz hərəkətlərinin səbəbləri ilə bağlı açıqlamalarını əsassız adlandırıb.

Son məlumatlara görə, Hindistanın Pakistan ərazisinə hücumları nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, 46 nəfər xəsarət alıb.