Hikmət Mirzəyevə yeni vəzifə verildi - MN
General Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Mirzəyev Hikmət İzzət oğlu 11.01.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.
General-leytenant Ənvər Əfəndiyev isə ehtiyata buraxılıb.