Hikmət Hacıyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən paylaşım edib

Hikmet Haciyev "Zayed Insan Qardasligi Mukafati"nin teqdimolunma merasiminden paylasim edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən paylaşım edib.

Zeferinfo.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

"Azərbaycan və Ermənistan arasında tarix qurulur! Sülhün qazanılması!"

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilir, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.