Hikmət Hacıyev və Armen Qriqoryan Dohada görüşəcəklər

Hikmet Haciyev ve Armen Qriqoryan Dohada gorusecekler

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Dohada görüşəcəklər.

Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Bildirilib ki, A. Qriqoryan "Doha Forumu" çərçivəsində təşkil olunacaq "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton razılaşması və birgə gələcək" mövzusunda panel müzakirəsində Hikmət Hacıyev ilə birlikdə iştirak edəcək.

Back To Top