Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

Hikmet Haciyev Turkmenistan sefiri ile gorusub
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistan səfiri Qurbanmamet Elyasovla görüşüb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hikmət Hacıyev və Qurbanmamet Elyasov ikitərəfli əməkdaşlıq üzrə maraq doğuran məsələləri müzakirə ediblər, 2025-ci ilin nəticələri barədə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, Azərbaycan və Türkmənistan liderlərinin təşəbbüsləri nəticəsində iki ölkə arasında strateji əlaqələr qardaşlıq ruhunda inkişaf edir.

Görüş zamanı 2026-cı ildə Azərbaycan və Türkmənistanda keçiriləcək tədbirlər, beynəlxalq forumlar, görüşlər və digər mövzular haqqında da danışılıb.

2026-cı ilin payızında keçiriləcək Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycanın bu formatda iştirakının regional əməkdaşlıq və dialoqa mühüm töhfə verəcəyi qeyd olunub.