Hikmət Hacıyev Türkiyə səfiri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Hikmet Haciyev Turkiye sefiri ile Azerbaycan-Ermenistan sulh prosesini muzakire edib
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı cari məsələlər, o cümlədən Türkiyə və Azərbaycan üçün ümumi maraq kəsb edən regional inkişaflar ətraflı müzakirə edilib.