Hikmət Hacıyev: Qazax qardaşlarımız hörmət nümunəsi olaraq Müslüm Maqomayevin repertuarından mahnı ifa ediblər

Hikmet Haciyev: Qazax qardaslarimiz hormet numunesi olaraq Muslum Maqomayevin repertuarindan mahni ifa edibler

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Qazaxıstana səfəri ilə bağlı sosial media hesabında paylaşım edib.

Zeferinfo.az xəbər verir ki, paylaşımda deyilir:

"Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə Qazax qardaşlarımız Azərbaycan mədəniyyətinə hörmətin nümunəsi olaraq Müslim Maqomayevin repertuarından “Синяя вечность» mahnısını böyük sevgi və coşqu ilə ifa edirlər".