Hikmət Hacıyev: Qafqazda iqlim dəyişikliyinin təsirləri haqqında faydalı hesabata görə UNEP-ə minnətdarıq
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cənubi Qafqaz regionunda iqlim dəyişikliyinin mənfi təsirləri probleminə diqqət yetirdiyinə görə BMT-nin Ətraf Mühit Proqramına (UNEP) təşəkkürünü bildirib.
Zeferinfo.az xəbər verir ki, bu barədə H.Hacıyev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.